» 90 ildən artıqdır ki, biz sizin üçün də irəliləyişi mümkün etmək üçün əlavə məsafələr qət edirik.

Sizin məmnuniyyətiniz bizim yanacağımız, keyfiyyətimiz isə mühərrikimizdir. Biz avtomobil elektron hissələri və Asiya avtomobilləri üçün ehtiyat hissələri üzrə ixtisaslaşmışıq.

Biz Herth+Buss-uq
Holger + Ralf Drewing

Beynəlxalq nöqtələr

Bütün Avropa üzrə filiallarımız var.

Tarixçə

O vaxtdan bugünə qədər - ənənəvi şirkətin tarixçəsi

Aktual

2017-ci ilin oktyabrında yeni anbarın tikintisinə başlanması - Burada 37.00 yeni saxlama yeri yaradılıb

Alman təcrübəsi

Asiya avtomobil modelləri üçün avtomobil elektronikası və ehtiyat hissələri üzrə mütəxəssisik. Keyfiyyət həm uğrumuz, həm də beynəlxalq aləmdə şöhrət qazanmağımız üçün bizim əsas vasitəmizdir.

Bizim yüksək standartlarımız yüksək səviyyədə müştəri xidmətimizdə də əks olunur. 90 illik təcrübəmizi xüsusi anbar ideaları yaratmağınıza və ya sərgi və ya müştərilər üçün tədbirlər təşkil etməyinizə istifadə edirik.

 

 

.

 

Elparts xüsusi hissələri

ELPARTS

Elektrik avtomobillər üçün nömrə bir seçim

Jakoparts ehtiyat hissələri

JAKOPARTS

Yapon və Koreya avtomobillər üçün nömrə bir seçim

Keyfiyyət və yenilik, yaxşı əməl etdiyimiz marka vədi

Məqsədimiz müştərilərə hər an ehtiyac duyduğu ən yüksək keyfiyyətli ehtiyat hissələrin təmin etməkdir. Bununla birlikdə, keyfiyyət standartlarımız təkcə tədarük etdiyimiz məhsullara şamil edilmir. Əgər daha vacib deyilsə, suallarınıza cavab verəcək və lazımi köməyi göstərəcək etibarlı bir müştəri dəstək qrupu da eyni dərəcədə vacibdir. Marka vədimizə uyğun yaşamaq üçün davamlı olaraq daha da irəliləməyə və ən son texnologiyaya və daim dəyişən bazara uyğun olmağa çalışırıq. Buna görə yalnız bir nümunə vermək üçün belə yüksək dəqiqliyə malik verilənlər bazalarını yığır, idarə edir və davamlı əlavələr edirik. Həm də səmərəli logistika sistemi yaradaraq özümüzü avtomobil hissələri bazarında təcrübəli bir tərəfdaş kimi formalaşdırdıq. Beynəlxalq arenada məhsul çeşidi və yüksək xidmət standartlarımız ilə tanınırıq. Əslində, Avropa Keyfiyyət İdarəetmə Birliyi (AKİB) tərəfindən “Avropada Mükəmməlliyə görə Tanınır” mükafatına layiq görülmüşük.

Etibarlı iş - Uğurun təməli

Etibar müvəffəqiyyətimiz üçün əvəzolunmazdır. 95% təchiz etdiyimiz məhsullarımız sabit əlçatanlığı və sürətli çatdırılma müddətlərini təmin edir.
Sizin şirkətiniz səmərəli logistik əməliyyatlarımızdan və hidrogen üçün seçici qaz detektoru olan SelectH2 kimi innovativ məhsullarımızdan faydalanacaqdır. Səmərəlilik, davamlılıq və uzun xidmət ömrü məhsullarımızın fərqləndirici xüsusiyyətləridir. Məhsul çeşidimizi və müştəri xidmətimizin keyfiyyətini təcəssüm etdirən keyfiyyətlə fəxr edirik. Bizim müştərilər həmçinin etibarlılığımızı da qiymətləndirirlər - bu, onların bizə olan uzun müddətli sədaqətlərində öz əksini tapır. Bizim Ümumi Keyfiyyət İdarəetmə konsepsiyamız bizə Avropa Keyfiyyət İdarəetmə Birliyi (AKİB) tərəfindən “Avropada Mükəmməlliyə görə Tanınır” mükafatını qazandırdı. Bu isə müstəqil maşınqayırma bazarında qabaqcıl Avropa şirkətlərindən biri olmağımızı təmin edən yüksək hörmətin məntiqi nəticəsidir.

 

Universal inkişaf prosesi

Etibarlılıq və inam keyfiyyət, innovasiyalar və xidmət qədər də vacibdir. Atılan addımlar əhəmiyyət kəsb edir:

UKİ

Herth+Buss-un əsas prioriteti məhsulun və ya proses keyfiyyətinin optimallaşdırılmasıdır. Bu səbəbdən universal keyfiyyətin tam idarəedilməsi prosesi etdiyimiz hər şeyin və şirkətin bütün sferalarının özəyini təşkil edir. Bu fakt Avropa Keyfiyyət İdarəetmə Birliyi (AKİB) tərəfindən “Avropada Mükəmməlliyə görə Tanınır” mükafatına layiq görülməyimizə səbəb oldu.

Keyfiyyətin idarəolunması prosesi ISO 9001-2008 və VDA 6.2 standartlarına uyğun olaraq təsdiqlənmişdir və Alman Yol Nəqliyyatı Lisenziyalaşdırma Qaydalarına (StVZO) uyğun olaraq yoxlanılmışdır. Buna əlavə olaraq, risk idarəetməmiz ISO 9001-ə uyğun olaraq həyata keçirilir. Keyfiyyətin idarə olunması konsepsiyamız Avropa İttifaqının “Səlahiyyətli İqtisadi Operator” sertifikatı ilə tamamlanmışdır. Təbii ki, təchizatçılarımız ciddi meyarlara görə seçilir və qiymətləndirilir.

 

Beynəlxalq filiallar

 

Herth+Buss Fahrzeugteile
GmbH & Co.KG
Dieselstraße 2-4, 63150 Heusenstamm, Germany,
info@herthundbuss.com

 

Herth+Buss Belgium Sprl
Rue du Fisine, 
5590 Achêne, Belgium
sales.be@herthundbuss.com
Herth+Buss France SAS
ZA - Portes du Vercors, 270 Rue Col de La Chau, 26300 Châteauneuf-sur-Isère, France
sales.fr@herthundbuss.com

 

Herth+Buss Iberica S.L.
C/A 44 Poligono de Areta
31620 Huarte Navarra, España
sales.ibe@herthundbuss.com

 

Herth+Buss UK Ltd.
Unit 1 Dreadnought Business Park
DY5 4TP Brierley Hill,
United Kingdom
Sales.uk@herthundbuss.com

 

 

 

 

 

Araşdırma və Təkamül - Mütəxəssislər tərəfindən ehtiyat hissələrinin təyin olunması!

Hər vasitə üçün doğru ehtiyat hissəsi. Bizim məqsədimiz budur. Buna nail olmaq üçün özümüzə əsas sualı veririk: hansı hissə hansı vasitəyə uyğundur? Xüsusi nəqliyyat vasitəsi məlumat bazasının yaradılması və dəqiqləşdirilməsi bu suala müştərilərimizin maraqlarına əsaslanaraq cavab verməyə imkan verir. Müştərilərimiz üçün hissələrin müəyyənləşdirilməsini mümkün qədər asanlaşdırmaq üçün daima verilənlər bazamıza yeniləyir və ən kiçik detalları belə emal edirik.
Herth+Buss onlayn kataloqu hər ay yenilənir və müştərilərə istədikləri hissələri TecDoc və digər mətbu orqanda nəşr olunmadan əvvəl seçim imkanı təmin edir.

Biz nəyə zəmanət veririk:

  • Davamlı yüksək məhsul keyfiyyəti
  • Üstün texniki ixtisasa sahib mütəxəssislər
  • Müasir informasiya və kommunikasiya texnologiyaları
  • Tərəfdaşların və təchizatçıların müntəzəm qiymətləndirilməsi və monitorinqi
  • Proseslərimizin davamlı optimallaşdırılması
  • Resursların və ətraf mühitin qorunması

  

 

Icon

Imagebroschure (Brosch01ES)

Download 9.04 MB 217 downloads
Əməkdaşlıq

Komandanın bir üzvü - birlikdə irəliləmək

Biz tərəfdaşlıq və əməkdaşlıqların şirkətə və işçilərinə kömək edə biləcəyinə qətiyyətlə inanırıq. Son nəticədə bu cür işbirliklərində iştirak etmək öyrənmək istəyən tərəf olmaq və daha da inkişaf etmək deməkdir.
Bu səbəbdən TecAlliance və “Quality is Added Value”(keyfiyyət əlavə edilmiş dəyər kimi) müxtəlif tərəfdaşlıq və təşəbbüslərdə uzun illərdir iştirak edirik.

TecAlliance

Müvafiq olaraq 1996 və 2000-ci illərdən bəri müstəqil avtomobil satışı bazarının lider onlayn platforması olan TecAlliance-ın marka ortağı və səhmdarıyıq. Sifarişlər, mövcudluq, çatdırılma vaxtları və ehtiyatların inventarına gəldikdə, bundan daha yaxşı alternativ yoxdur. Nəticədə etibarlı əsas məlumatlar hər iş prosesinin onurğa sütunudur.
Partslife, VREI, ATR, Groupauto və Temot International ilə əlavə əməkdaşlıq qurduq. Bu, əməkdaşlıqlar nəinki şirkətimizin irəliləməsinə kömək edir, həmçinin müştərilərimizə və son istehlakçılarımıza fayda gətirir.

“Quality is Added Value”(Keyfiyyət əlavə edilmiş dəyər kimi)

Biz “Quality is Added Value”(Keyfiyyət əlavə edilmiş dəyər kimi) təşəbbüsünün tərəfdaşıyıq. Çox vaxt avtomobil sektorunda qənaət anlayışı hökm sürür, çünki istehlakçılar təmir və ehtiyat hissələrinin ucuz olmasınıa üstünlük verirlər. Lakin bu yanaşma çox qısa müddətlidir; çünki avtomobilin sıradan çıxması həm emalatxana, həm də müştəri üçün əhəmiyyətli əlavə xərclərlə nəticələnir.
Bir sıra tanınmış istehsalçılarla birlikdə öz işimizdə yüksək keyfiyyətli məhsullar təqdim etməyi hədəflədik. Avtomobil sektorunda köklü bir şəkildə yeni yanaşmanın tərəfdarıyıq: yüksək məhsul keyfiyyəti, daha yüksək təhlükəsizlik və müştəri məmnuniyyəti lehinə. Daha çox məlumat, aktual mövzular, risklər və nümunə araşdırmalarını www.qualitaet-ist-mehrwert.de saytında tapa bilərsiniz.

Sosial öhdəlik

Sosial öhdəlik ənənəsi

Herth+Buss illərdir sosial və xeyriyyə layihələrində fəal iştirak edir. Böyük bir ailə biznesi olaraq məsuliyyətimizin fərqindəyik və bu öhdəliyi müxtəlif cavabdehliklər şəklində yerinə yetirməkdən şərəf duyuruq. Milad bayramı da daxil olmaqla daxili fandreyzinq kampaniyaları ilə yanaşı, şirkət xaricində də xeyriyyə fondlarına töhfə veririk.
Belə ki, biz uzun müddətdən bəri TEILEn e.V. xeyriyyə təşkilatının üzvü olmaqla yanaşı, ehtiyacı olan uşaqları fəal şəkildə dəstəkləyir və Dortmund Tətbiqi Elmlər və İncəsənət Universitetinin komandasına isə sponsorluq edirik.
Ardınca sizə bizə çox yaxın olan bu layihələr barədə ümumi bir icmal vermək istəyirik:

Ehtiyacı olan uşaqlar üçün Peter Maffay Vəqfi tərəfindən kampaniyalar

2012-ci ildən bəri, avtomobil ehtiyat hissələri və təmir sektorundakı iştirakçıların əksəriyyəti TEILEn e.V. təşkil etdiyi xeyriyyəçilikdə fəal iştirak edirlər. 60-dan çox tanınmış şirkət müxtəlif layihələr vasitəsilə uşaqların nəqliyyatda təhlükəsizliyini təmin etmək üçün güclərini birləşdirdi.
Bu dərnəklə bir sıra fandreyzinq kampaniyaları təşkil edirik. Buna dəstək vermək üçün, 1000-dən çox müstəqil avtomobil emalatxanasında uşaqlara 35000-dən çox pulsuz yol təhlükəsizliyi vasitələri payladıq. Bu kampaniya müddətində sürücülərə isə pulsuz parlaq təhlükəsizlik jiletləri və yaxalıqları, siqnal verən qolluqlar və velosiped reflektorları da paylandı. Belə etməklə, nəqliyyatda uşaqların təhlükəsizliyinə fəal töhfə verəcəyimizi ümid edirik.
TEILEn e.V. ilə birlikdə dəstəklədiyimiz digər təşəbbüslərə isə F.A.Z.-Leser helfen və Main Frankfurtdakı Moderne Kunst für MMK Muzeyi daxildir.

Formula Tələbə sponsorluğu

Sürət, üstün keyfiyyət və etibarlılıq Herth+Bussun prioritet sahələrindən üçüdür. Dortmund Tətbiqi Elmlər və İncəsənət Universitetinin tələbələri də bu barədə eşitdi və bizdən dəstək istədilər. Onlar Formula Tələbə maşın yarışı üçün yarış avtomobilləri hazırlayan bir komandanın üzvləridir. İndiyə qədər onlar yanma mühərrikli və başqa bir elektrikli vasitə ilə Formula yarış avtomobili dizayn və istehsal ediblər. Bu komandaya nəqliyyat vasitələrini istehsal və uyğunlaşdırmaq üçün komponentlər təmin etmişik.

Herth+Buss 1925-ci ildə təsis olunub və ilk gündən ehtiyat hissələri üzrə ixtisaslaşmışdır. Bu gün Herth+Buss, 27700-dən çox orijinal hissə satan müstəqil satış bazarında azad, qlobal aktiv, ailə tətəfindən idarə olunan bir şirkətdir. Missiyamız: avtomobiliniz üçün ehtiyat hissələri lazımi vaxtda lazımi yerə - sürətli, etibarlı və ən yüksək keyfiyyətlə çatdırmaq.

Keçmişdən günümüzə qədər

 

 

1925
ildə Langendə Philipp Herth və Jakob Buss tərəfindən əsası qoyulmuşdur

1928
Wilhelm Meffert, Herth+Buss-un bütün hissələrini alır

 

1961
Dr Rainer Drewing şirkətin idarəetməsini dövr alır

1967
Herth+Buss şirkətinin qərargahı Heusenstamma köçürülür

 

1981
Nipparts məhsul çeşidi yaradılır
Yapon avtomobil hissələri Avropaya idxal olunur

 

1992
Holger və Ralf Drewing şirkətin idarəetməsini dövr alır

 

2005
Elparts və Heavyparts məhsul çeşidində avtomobil elektrik hissələrinin yenidən istehsalı
Logistikaya R/F texnologiyasının tanıdılması

2007
3200 əlavə palet yeri olan yeni yüksək tavanlı anbarın istismara verilməsi

2008/2009
Herth+Buss Fransa və Belçika yaradılır

2010
Yeni 1400 m² ofis sahəsi və 5 yükləmə rampası ilə yeni mal qəbulu sahəsinin tikintisi

2011
Rebrendinq - tək bir marka. İki böyük sahə!
Ludwig-Erhard mükafatına layiq görülmüşdür

2013
Herth+Buss BK yaradlır

2018
HERTH+BUSS Iberica
şirkətinin yaradılması 6000 palet üçün yeni hündür anbarın tikintisi

Sizə yaxın dileri tapın!

İndi axtarış edin

Encuentre a su
distribuidor más
cercano

Buscar ahora

Bizimlə əlaqə

5 + 8 =

 

*tələb olunan Bölmələr

 

Herth+Buss Fahrzeugteile GmbH & Co. KG
Dieselstraße 2-4
63150 Heusenstamm
Germany

+49 (0)6104-608-0
info@herthundbuss.com